SOCAR neft-qaz üzrə təcrübəsini ofşor BOEM layihələri üçün təklif edir
Açıq dənizlərə çıxışın olmaması Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) üzləşdiyi əsas problemlərdən biri olaraq qalır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
"Bununla əlaqədar olaraq logistika olduqca çətin bir prosesdir. Lakin layihələrimiz nümayiş etdirdi ki, hətta ən mürəkkəb və son dərəcə çətin logistik məsələlərin belə həlli tamamilə mümkündür. Geosiyasi çətinliklər dəyişməz olaraq ciddi bir çağırış kimi qalır. Məlum olduğu kimi, biz bu çağırışlarla 2022-ci ildən üzləşmişik və bu vəziyyət 2026-cı ilin yeni geosiyasi hadisələri fonunda daha da kəskinləşir ki, bu da belə miqyaslı layihələrin həyata keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirir.
Daha bir ciddi çağırış, şübhəsiz ki, avadanlıqların tədarüküdür. Enerji resurslarına olan nəhəng və eksponensial şəkildə artan tələbatı nəzərə alaraq, OEM (orijinal avadanlıq istehsalçıları) tərəfindən vaxtında tədarükü təmin etmək son dərəcə çətinləşir. Bu tip layihələr çərçivəsində icra olunmamış sifarişlərin əhəmiyyətli həcmini də nəzərə almaq lazımdır", - Ə.İsayev vurğulayıb.
Şirkətin vitse-prezidenti həmçinin bildirib ki, hazırda ofşor layihələrin (kontinental şelfdəki layihələrin) həyata keçirilməsi üçün infrastruktur çatışmazlığı hiss olunur:
"Bununla belə, əminəm ki, biz bu problemin öhdəsindən gələ bilərik. Neft-qaz sənayesi artıq bunu nümayiş etdirib: konsorsiumlar yaradaraq və bütün maraqlı tərəflərin səylərini birləşdirərək, misal üçün, dənizdə bərpa olunan enerji potensialını açmaq üçün biz neft-qaz infrastrukturunda əldə edilənləri təkrarlaya bilərik. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata çatır. Biz resursları birləşdirə, xərcləri və riskləri bölüşə və mahiyyət etibarilə lazımi infrastrukturu qura bilərik. İnanıram ki, bu, tamamilə həyata keçirilə biləndir. Mələsən, Trans-Xəzər elektrik kabelinin çəkilməsi üzrə layihələr işə salınan kimi reallığa çevriləcək".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub
-
"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib
-
Bakı Enerji Forumuna bu gün yekun vurulur
-
Neftimizin qiyməti 104 dolları keçib













