Minskdə Azərbaycan və Belarus arasında bir sıra sənədlər imzalanıb
Far.Az xəbər saytı

Minskdə Azərbaycan və Belarus arasında bir sıra sənədlər imzalanıb


Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən bir sıra sənədlər imzalanıb.

"Far.Az"un Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ilk olaraq Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Belarus Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclasının protokolunu imzalayıblar.

Daha sonra Belarusun Milli Statistika Komitəsi ilə Azərbaycanın Dövlət Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə Belarusun Milli Statistika Komitəsinin sədri İnna Medvedeva və Azərbaycanın Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov imza atıblar.

Tədbir çərçivəsində həmçinin Belarusun İdman Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında 2026–2030-cu illəri əhatə edən bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı imzalanıb. Sənədi Belarusun idman naziri Sergey Kovalçuk və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov təsdiqləyiblər.

Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Belarusun səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üzrə əməkdaşlıq proqramı – "Yol xəritəsi" də imzalanıb. Sənədə Belarusun səhiyyə nazirinin müavini Aleksandr Starovoytov və Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov imza atıblar.

Bundan əlavə, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Belarusun "POJSNAB" MMC-si arasında 21 ədəd yanğınsöndürmə texnikasının yığılması üzrə müqavilə imzalanıb. Müqaviləni "POJSNAB" MMC-nin direktor vəzifəsini icra edən Sergey Zaxareviç və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev imzalayıblar.

Qeyd edək ki, sənədlər Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində imzalanıb və iki ölkə arasında iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.

Oxşar xəbərlər

"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Şahzadə Diananın kral protokolunu pozduğu 13 MƏQAM
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər