Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb
Far.Az xəbər saytı

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb


Ukraynadakı müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana yola salınıb.

"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, Mariupol şəhərindən qaçqın düşən ailələrin övladlarının yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və səfirliyin müşaviri Fərid Babayev də iştirak edib.

Səfir Seymur Mərdəliyev bildirib ki, Azərbaycan dövləti Ukraynaya humanitar yardımlarını, dəstəyini davam etdirəcək. Mariupol merinin müavini Yuri Pivovarov isə vurğulayıb ki, bu gün 30-dan çox uşaq yola salınır:

"Bu gün burada olmaq, mariupollu uşaqların ilk qrupunu Azərbaycana yola salmaq mənim üçün böyük şərəfdir. Uşaqlar reabilitasiyadan keçəcəklər və buna görə Azərbaycana təşəkkür edirik. Biz onları ilk dəfə sağlamlıq-istirahət məqsədilə Azərbaycana göndəririk. Biz bunu son dərəcə yüksək qiymətləndiririk"-deyə, o, əlavə edib.

Bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü keçəcək.

Xatırladaq ki, səfər çərçivəsində uşaqlar peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin sabitləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər