80 yaşlı Emel Sayın bu səbəbdən konsertlərini təxirə saldı
Məşhur müğənni Emel Sayın səhhətində yaranan problemlər səbəbindən bu ay keçirilməsi planlaşdırılan iki konsertini təxirə salıb.
Far.Az "Haber Global"a istinadən xəbər verir ki, 80 yaşlı sənətçi sosial şəbəkədə yaydığı açıqlamada 14 iyunda Bursada, 17 iyunda isə İstanbulda baş tutmalı olan konsertlərin başqa tarixlərə keçirildiyini bildirib.
"Qısa müddət ərzində müalicə almağım lazımdır. Mənə ünvanlanan xoş arzulara görə hər birinizə təşəkkür edirəm" - deyə o qeyd edib.
Sənətçi yaxın günlərdə paylaşacağı videomüraciətdə konsertlərin təxirə salınmasının səbəbləri barədə daha ətraflı məlumat verəcəyini də qeyd edib.
Xatırladaq ki, Emel Sayının Bursa və İstanbuldakı açıq hava konsertləri yay mövsümünün ən çox gözlənilən musiqi tədbirləri sırasında yer alırdı.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













