Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Far.Az xəbər saytı

Məşhur aktyorun narkotik testi müsbət çıxdı


Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları ilə bağlı keçirilən istintaqda yeni detallar ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun rəhbərliyi ilə davam edən araşdırma çərçivəsində məhkəmə-tibbi ekspertizaya qan və saç nümunələri təqdim edən şəxslərdən üç nəfərin test nəticələrinin müsbət olduğu bildirilib.

Aktyor Onur Tuna, sosial media fenomeni Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanlar üzərində aparılan analizlərin nəticəsi müsbət çıxıb.

Ekspertiza hesabatında Onur Tuna və Özgür Deniz Cellatın nümunələrində marixuananın aktiv maddəsi olan "THC"yə rast gəlindiyi, Zehra Hanzade Gürkanların analizlərində isə kokain metabolitlərinin aşkarlandığı qeyd olunub.

İstintaq çərçivəsində ekspertizadan keçirilən digər bəzi şəxslərin isə qan, sidik və saç analizlərinin mənfi nəticə verdiyi bildirilib.

Hazırlanan hesabat araşdırmanı aparan prokurorluğa təqdim olunub və istintaq davam edir.

Oxşar xəbərlər

Saç tökülməsini dayandırmağın YOLLARI
Narkotik əməliyyatları davam edir: İki məşhurda narkotik maddə aşkarlandı
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Türkiyədə məşhurlara qarşı istintaq davam edir - Yusuf Güney saxlanıldı
Nəsrin Cavadzadənin evliliyi ilə bağlı detallar - 6 ay əvvəl...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər