Kiprin XİN başçısı Mərkəzi Asiya ölkələri üzrə turneyə başlayıb
Far.Az xəbər saytı

Kiprin XİN başçısı Mərkəzi Asiya ölkələri üzrə turneyə başlayıb


Kiprin xarici işlər naziri Konstantinos Kombos Mərkəzi Asiya ölkələri üzrə turne həyata keçirir.

"Far.Az" Kiprin Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, Kombos respublika Prezidenti Nikos Xristodulidisin rəsmi səfərinin başa çatması çərçivəsində bu gün Qazaxıstandan Tacikistana gedir.

İyunun 4-də turnenin ilk dayanacağı Tacikistan olacaq. Danışıqlar zamanı əsas diqqət ikitərəfli münasibətlərin nəzərdən keçirilməsinə və daha da möhkəmləndirilməsinə, eləcə də Kiprin Avropa İttifaqı Şurasına qarşıdan gələn sədrliyi ilə bağlı məsələlərə yönəldiləcək.

İyunun 6-da nazir Özbəkistana səfər edəcək. Səfərin məqsədi ikitərəfli münasibətlərdə müsbət dinamikanın qorunub saxlanması, siyasi məsləhətləşmələrin dərinləşdirilməsi və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair perspektivlərin öyrənilməsidir.

İyunun 8-də K.Kombos Qırğızıstana səfər edəcək. Əsas diqqət Kipr-Qırğızıstan münasibətlərinin gələcək inkişafına, siyasi və diplomatik əlaqələrin fəallaşdırılmasına və s. yönəldiləcək.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər