Vuçiç: Monteneqrolu kriminal klanların qətlimi planlaşdırması sirr deyil
Serbiya Prezidenti Aleksandar Vuçiç Monteneqrodan olan kriminal klanların onun qətlini planlaşdırmasının heç kimə sirr olmadığını söyləyib.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə o, Tivatda jurnalistlərə danışıb.
A. Vuçiç iyunun 5-də baş tutacaq Qərbi Balkan – Avropa İttifaqı (Aİ) Samitində iştirak məqsədilə Tivata səfəri çərçivəsində jurnalistlərin onun təhlükəsizliyi ilə bağlı sualına cavab olaraq onun öldürülməsinin planlaşdırıldığı barədə xəbərlərə və 2021-ci ildə şübhəlilərdən birinin buna görə pul təklif etməsinə dair iddialara münasibət bildirərək bunun Monteneqrodan olan klan rəhbərləri ilə bağlı olduğunu deyib:
"Bu, böyük bir sirr deyil. Bu "Sky" yazışmalarında da var idi, yəni onlar bu yazışmaları "Sky" tətbiqi vasitəsilə əldə edilən söhbətlərdən çıxarıblar, deməli bunu əvvəldən istəyiblər, söhbət buradakı klan rəhbərlərindən gedir. Burada böyük bir yenilik görmürəm".
Onun sözlərinə görə, problem Belqrad və Podqoritsa arasındakı siyasi gərginliklərdə də mövcuddur:
"Podqoritsa və Belqrad arasında tez-tez lazımsız siyasi gərginliklər olduqda hər kəs deyir ki, günahkar qarşı tərəfdir. Hamımız daha rasional və daha diqqətli olmalı idik, daha çox məsuliyyət daşımalı idik, amma ittihamlar başlayanda bunun sonu olmur. Kriminalçılar isə öz işlərini görürlər – bu onların işidir, burada böyük fəlsəfə yoxdur".
Vuçiç səfəri çərçivəsində Tivatda Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə samitin əsas mövzuları, Aİ-nin genişlənmə metodologiyasında mümkün dəyişikliklər və avrointeqrasiya prosesinin sürətləndirilməsinin əhəmiyyəti barədə müzakirələr də aparıb.
Serbiya Prezident bəyan edib ki, Yunanıstanın Baş naziri ilə görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və xüsusilə Şimali Makedoniya ərazisindən qaz boru kəmərinin tikintisi məsələsi müzakirə olunub.
"Mən indicə Kiriakos Mitsotakis ilə Serbiya və Yunanıstan arasında əməkdaşlığın inkişafı, məsələn, Şimali Makedoniya ərazisindən qaz boru kəmərinin planlaşdırılması kimi mühüm layihələri barədə danışdıq. Təbii ki, Serbiyanın Avropa yolu da müzakirə olunub və Yunanıstandan bu istiqamətdə əlavə dəstək gözləyirəm".
O əlavə edib ki, sabah Niderland, Polşa, İrlandiya, Slovakiya və Çexiya baş nazirləri ilə görüşlər keçirəcək:
"Əlbəttə ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Aİ Şurasının sədri Antonio Koşta, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ilə ayrıca görüşüm olacaq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













