Heqset Boliviyadakı etirazları pisləyib və narkotik kartelləri ilə bağlı xəbərdarlıq edib
Far.Az xəbər saytı

Heqset Boliviyadakı etirazları pisləyib və narkotik kartelləri ilə bağlı xəbərdarlıq edib


ABŞ-nin hərbi naziri Pit Heqset Boliviyada hökumət əleyhinə etirazları pisləyib və onları bölgədəki narkotik kartellərinin mümkün fəaliyyəti ilə əlaqələndirib.

"Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Müharibə Nazirliyi və Amerikanın Narkotik Kartelləri ilə Mübarizə üzrə Koalisiyası Boliviyada prezident Rodriqo Pasın qanuni hökumətini devirmək cəhdlərini rədd edir. Birləşmiş Ştatlar vəziyyəti izləyir", - o qeyd edib.

Heqset həmçinin ABŞ-nin koalisiya tərəfdaşlarını dəstəkləmək öhdəliyini vurğulayaraq bildirib ki, Boliviya regionda narkotik terrorçularının hökmranlıq etdiyi əvvəlki status-kvosuna qayıtmamalıdır.

Boliviyada bir neçə həftədir, yolların bağlanması ilə müşayiət olunan hökumət əleyhinə etirazlar davam edir. Hakimiyyət orqanları iğtişaşlara görə keçmiş prezident Evo Moralesin tərəfdarlarını təqsirləndirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər