Tramp kömür sənayesinə 700 milyon dollar ayrıldığını elan edib
ABŞ Prezidenti Donald Tramp federal büdcədən kömür sənayesinin inkişafı və dəstək üçün təxminən 700 milyon dollar maddi vəsaitin ayrıldığını elan edib.
"Far.Az"un məlumatına görə, o, bu barədə Oval kabinetdə müvafiq planı təqdim edərkən bildirib.
"Bu gün təmiz və keyfiyyətli kömürlə bütün amerikalılar üçün enerji qiymətlərini və yaşayış xərclərini azaltmaq üçün tarixi addımlar atırıq", - Tramp deyib.
Onun sözlərinə görə, Çin də daxil olmaqla, dünyanın bir çox böyük iqtisadiyyatı kömür enerjisindən fəal şəkildə asılı olmağa davam edir.
Plana əsasən, yaxın illərdə bağlanmaq təhlükəsi ilə üzləşən 13 kömürlə işləyən elektrik stansiyasının modernləşdirilməsi və istismar müddətinin uzadılması üçün 425 milyon dollar ayrılacaq.
Daha 75 milyon dollar Kaliforniya ştatının Oklend şəhərindəki "West Gateway" ixrac terminalının tikintisi üçün dollar ayrılıb.
Bundan əlavə, Alyaska və Qərbi Virciniyada yeni kömürlə işləyən iki elektrik stansiyasının tikintisi üçün 185 milyon dolların ayrılması planlaşdırılır. Bunlar 2013-cü ildən bəri ABŞ-də tikilmiş ilk belə obyektlər olacaq.
Vəsaitin bir hissəsi həmçinin Merilenddə bağlanmış kömürlə işləyən elektrik stansiyasını yenidən işə salmağı planlaşdıran enerji şirkətinə gedəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













