Konqo Demokratik Respublikasında Ebola yoluxmaları 381-ə çatıb
Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması davam edir.
Far.Az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, təsdiqlənmiş yoluxma sayı 381-ə yüksəlib, 63 nəfərin isə həyatını itirdiyi bildirilir.
Rəsmilər qeyd ediblər ki, hazırda təxminən 233 nəfər ya izolyasiya şəraitindədir, ya da müalicə alır və onların test nəticələri gözlənilir.
Səhiyyə qurumlarının açıqlamasına görə, beynəlxalq təşkilatların dəstəyi ilə test imkanları genişləndirilib və nümunələrin böyük hissəsi qısa müddətdə analiz edilir.
Həkimlər bildirirlər ki, təmasların izlənməsi və yoluxma zəncirinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Konqo Demokratik Respublikası mayın 15-də Ebola epidemiyası elan etmişdi. Ümumdünya Səhiyyə Təşkilatı isə vəziyyəti beynəlxalq səviyyədə sağlamlıq fövqəladə halı kimi qiymətləndirib.
Oxşar xəbərlər
Rəsmilər Şəhidlər xiyabanında
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













