Vaşinqtonda Hörmüz boğazında gəmiçiliyin bərpasına BMT-nin cəlb edilməsi müzakirə olunur
Ağ Evin rəhbəri Donald Tramp əmindir ki, BMT Hörmüz boğazından normal gəmiçiliyin bərpa edilməsində və regionda vəziyyətin sabitləşməsində mühüm rol oynaya bilər.
"Far.Az" xəbər verir ki, bu barədə "Fox News" telekanalının efirində ABŞ-nin ümumdünya təşkilatındakı daimi nümayəndəsinin müavini Temmi Brüs bildirib.
"Bəli, o bunu edə bilərdi və hazırda məhz bu istiqamətdə danışıqlar aparılır. Mənə məlumdur ki, prezident BMT-ni yüksək qiymətləndirir və onun potensialını dərk edir", - o, BMT-nin bu məsələdəki mümkün rolu ilə bağlı suala cavab verərkən bildirib.
Brüsün sözlərinə görə, "ümumi maraq" var və bu, xüsusən ondan ibarətdir ki, Hörmüz boğazı təchizat zəncirləri, dünya iqtisadiyyatı və əlaqəli sahələr üçün əsas əhəmiyyət kəsb edir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













