Britaniyalı seçicilərin əksəriyyəti "Brexit" qərarının ləğv edilməsini istəyir
Böyük Britaniyada seçicilərin əksəriyyəti ölkənin Avropa İttifaqından çıxması ilə bağlı "Brexit" qərarının ləğv edilməsini dəstəkləyir.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ölkənin aparıcı sosioloqu və seçki analitiki, professor Con Körtis bildirib.
Onun sözlərinə görə, 2016-cı ildə keçirilmiş "Brexit" referendumundan sonra ictimai rəydə Avropa İttifaqından çıxmağa münasibət əhəmiyyətli dərəcədə dəyişib. Professor Körtis qeyd edib ki, son on il ərzində keçirilmiş 500-ə yaxın sorğunun nəticələri "Brexit"ə dəstəyin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.
Entoni Seldonun müəllifi olduğu və hazırda hissə-hissə nəşr edilən "The Brexit Effect" ("Brexit"in təsiri") kitabında yer alan məqaləsində Con Körtis yazır ki, "Brexit" ölkədə Avropa İttifaqına üzvlüklə bağlı mübahisələri sona çatdırmayıb.
"2016-cı il referendumu Böyük Britaniyanın Avropa İttifaqının daxilində, yoxsa xaricində olmalı olduğu ilə bağlı müzakirələrə son qoymadı. Hazırda ölkə elə bir qurumun xaricindədir ki, seçicilərin ən azı cüzi çoxluğu həmin quruma üzv olmaq istəyir", – deyə o bildirib.
Professorun fikrincə, əhəmiyyətli sayda seçici artıq Avropa İttifaqından kənarda qalmağın buna dəymədiyi qənaətinə gəlib. O qeyd edib ki, bir çox britaniyalı "Brexit"i böyük məyusluq hesab edir və bu qərarın həm iqtisadi vəziyyətə, həm də immiqrasiya məsələsinə mənfi təsir göstərdiyini düşünür.
Körtis vurğulayıb ki, "Brexit" qərarı zamanın sınağından keçə bilməyib və son illərdə ölkədə Avropa İttifaqına yenidən qoşulmağa dəstək artmaqdadır.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













