Sudan hərbi qüvvələri səhvən BƏƏ-nin yük təyyarəsini vurub
Sudanın Çevik Reaksiya Qüvvələri (ÇRQ) səhvən ölkənin qərbində BƏƏ-nin yük təyyarəsini vurub.
“Far.Az” xəbər verir ki, bu barədə “Sudan War Monitor” məlumat yayıb.
“Bu gün təxminən saat 04:00-da Şimali Darfurdakı Malha ərazisində yük təyyarəsi vurulub”, – məqalədə qeyd olunub.
ÇRQ-nin Şimali Darfurdakı komandiri Əli Rizkallanın sözlərinə görə, onlar Sudan qoşunlarını bombalamaq üçün nəzərdə tutulmuş ola biləcək “Misir AN”ını məhv etmək üçün idarə olunan raketlərdən istifadə ediblər.
Lakin qəza yerindən əldə edilmiş sübutlar göstərir ki, bu təyyarə əslində ÇRQ-nin özünü dəstəkləmək üçün BƏƏ tərəfindən təşkil edilmiş hava körpüsünün bir hissəsi idi.
Əslində, qalıqlar İl-76-ya məxsusdur və ekipaj üzvlərindən birinin üzərində onu BƏƏ-də yerləşən və Qırğızıstanla əlaqələri olan “Airline Transport Incorporation FZC” şirkətinin baş mühəndisi kimi müəyyən edən nişan olub.
Məlumata görə, demək olar ki, tamamilə yanmış hava gəmisində beş nəfərin olduğu güman edilir, sağ qalanlar barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













