Saar: Ermənistanla Azərbaycan arasında sülh regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək
Far.Az xəbər saytı

Saar: Ermənistanla Azərbaycan arasında sülh regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək


Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcək.

"Report" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının seçkilərdəki qələbəsini şərh edərkən "X" sosial şəbəkə hesabında paylaşım edib.

G. Saarın sözlərinə görə, Paşinyan öz ölkəsini sülh yoluna yönəldib və Azərbaycanla barışığa gətirib çıxarıb ki, bu da regional sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim "Vətəndaş müqaviləsi" partiyası iyunun 7-də keçirilən parlament seçkilərində səslərin 49,825 %-ni toplayaraq qalib gəlib. Bu göstərici partiyaya yeni hökuməti formalaşdırmağa imkan verir.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər