Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxıb, yeddi nəfər xəsarət alıb - YENİLƏNİB
İranda Təbriz-Məşhəd sərnişin qatarı Miyanə şəhəri ərazisində relsdən çıxması nəticəsəndə yeddi nəfər xəsarət alıb.
"Far.Az" bu barədə "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, xəsarət alan yeddi nəfərdən ikisinə yerindəcə tibbi yardım göstərilib, qalan beş nəfər isə Miyanə xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətlərinin qənaətbəxş olduğu qeyd edilib.
İranda Təbriz-Məşhəd sərnişin qatarı Miyanə şəhəri ərazisində relsdən çıxıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Təbriz-Məşhəd sərnişin qatarı Türkmənçay ərazisində (Vərzəqan yolu yaxınlığında) relsdən çıxıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, hadisə ilə əlaqədar Miyanə Qızıl Aypara Cəmiyyətinin xilasetmə və əməliyyat qrupları dərhal hadisə yerinə yönləndirilib.
Ölən və xəsarət alanlar barədə məlumat açıqlanmayıb.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Paşinyan: Ümumi istifadədə olan çaylardan birgə yararlanmaq qaydalarının Azərbaycanla müzakirəsi vacibdir













