Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə dəyirmi masa təşkil olunub.
"Far.Az" xəbər verir ki, dəyirmi masada Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, beyin mərkəzlərin, mədəni irs, ənənəvi sənətkarlıq və yaradıcılıq sənayeləri istiqamətində fəaliyyət göstərən qurumların təmsilçiləri, Çin üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin iki ölkənin strateji tərəfdaşlığının genişləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan ilə Çin arasında qədim İpək Yolunun formalaşdırdığı tarixi-mədəni bağların yeni məzmunla zənginləşməsinə xidmət edir.
Tədbirdə Azərbaycan–Çin əlaqələrinin inkişafının perspektivləri, xalqlar arasında dialoqun gücləndirilməsində incəsənətin rolu və birgə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin tədbir çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən ekspozisiyalara - Çin incəsənəti nümunələrinə baxış keçirilib. Qonaqlara muzeyin kolleksiyasında qorunan Şərq incəsənətinə aid nadir eksponatlar, onların tarixi və bədii xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













