Siril Ramafosa: Cənubi Afrika dekarbonizasiya və “yaşıl keçid” prinsiplərinə sadiq qalır
Far.Az xəbər saytı

Siril Ramafosa: Cənubi Afrika dekarbonizasiya və “yaşıl keçid” prinsiplərinə sadiq qalır


Davamlı inkişaf üçün yeni həll yolları axtararkən beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrə dağıdıcı təsirlərini tanımalıdır.

"Report" xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa videokonfrans vasitəsilə BRICS sammitinin iclasında çıxışı zamanı deyib.

“Cənubi Afrika aşağı karbonlu iqtisadiyyata ədalətli keçidə və qlobal emissiyaların azaldılmasına sadiq qalır”, - o bildirib.

Prezident vurğulayıb ki, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyindən ən çox əziyyət çəkir, ancaq ən az məsuliyyət daşıyırlar: “Sənayeləşmiş ölkələrin ədalətli keçidi təmin etmək üçün öz iqlim öhdəliklərinə əməl etmələri vacibdir”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
COP29 Azərbaycanı "Qlobal klub"un üzvü kimi yaşıl enerji bazarında gücləndirəcək - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər