Elmar Baxşıyev: "Azərbaycan Kubokunun final matçının taleyini kiçik bir səhv həll edə bilər"
Far.Az xəbər saytı

Elmar Baxşıyev: "Azərbaycan Kubokunun final matçının taleyini kiçik bir səhv həll edə bilər"


Azərbaycan Kubokunun final matçının taleyini kiçik bir səhv həll edə bilər.

Bunu "Far.Az"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev deyib.

"Qəbələ" və "Araz-Naxçıvan" klublarının keçmiş baş məşqçisi bu gün ölkə kubokunun finalında üz-üzə gələcək "Sabah" və "Zirə" komandalarının şanslarını dəyərləndirib:

"Düşünürəm ki, final oyunlarının favoriti olmur. Hər iki komanda həlledici mərhələyə qədər gələ bilibsə, deməli, hər ikisinin də şansı var. Lakin cari mövsüm Premyer Liqadakı çıxışlarına baxaraq söyləmək olar ki, "Sabah"ın şansı daha çoxdur. Üstəlik, yüksək motivasiyaya malikdirlər. Çünki artıq ölkə çempionluğunu rəsmiləşdiriblər. Faiz nisbəti ilə hansı komandanın daha çox şanslı olduğunu deyə bilmərəm. Lakin düşünürəm ki azarkeşlər meydanda maraqlı mübarizəyə şahidlik edəcəklər. Hər iki komanda ehtiyatlı oyuna üstünlük verəcək. Çünki kiçik bir səhv kubokun taleyini həll edə bilər".

Qeyd edək ki, "Sabah" - "Zirə" görüşü bu gün, saat 20:00-da "Palms Sports Arena"da start götürəcək.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər