Cabbar Cabbarlı: “Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsi olmayan yerlər üçün investisiya tələb oluna bilər"
Far.Az xəbər saytı

Cabbar Cabbarlı: “Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsi olmayan yerlər üçün investisiya tələb oluna bilər"


Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsinin mərkəzləşdirilmiş sistemə qoşulması üçün investisiya tələb olunur.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakının Baş Planına uyğun olaraq Bakıətrafı ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulma ilə bağlı mərhələli işlər aparılır: “Amma bu işlər investisiya tələb edir. Əgər daxili imkanlar hesabına hansısa layihələri həyata keçirə biliriksə, onları edirik. Lakin böyük layihələr üçün investisiya çatışmazlığı səbəbindən Bakıətrafı ərazilərdə hələ də kanalizasiya şəbəkəsi olmayan yerlər var. Bu ərazilər əsasən Sabunçu və Suraxanı rayonları, Bağlar massivi, Binəqədi rayonunun bəzi hissəsidir. Həmin ərazilərdə mərhələli şəkildə kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində işlər davam etdirilir".

C. Cabbarlı əlavə edib ki, bu ərazilərdə işlərin aparılması üçün hələ ki, xarici maliyyə mənbələrindən investisiya cəlb edilməyib və bunlar, daxili vəsaitlər hesabına həyata keçirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər