Azərbaycan və Ukrayna birgə gəmiqayırma layihələrini müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan və Ukrayna birgə gəmiqayırma layihələrini müzakirə edib


Azərbaycan və Ukrayna birgə gəmiqayırma layihələrinin həyata keçirilməsini müzakirə edib.

"Far.Az" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilovla görüşün yekunları üzrə sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, tərəflər Ukrayna ilə Azərbaycan arasında dəniz nəqliyyatı, logistika və gəmiqayırma sahələrində əməkdaşlığının genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

"Orta Dəhlizin genişləndirilməsi çərçivəsində əməkdaşlıq, Xəzər dənizində və Ukrayna ilə Cənubi Qafqaz arasında bərə əlaqəsi, həmçinin birgə infrastruktur və gəmiqayırma layihələrinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib", - o qeyd edib.

Ukrayna səfiri həmçinin ölkəsinin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinə, eləcə də davam edən münaqişə şəraitində göstərilən humanitar yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib", - o qeyd edib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər