Samirə Musayeva: "Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatında rəqəmsal yeniliklər tətbiq edilib"
Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin təsisçilərinin xarici fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, elektron qaydada dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar yaradılıb.
“Report” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında bildirib.
Onun sözlərinə görə, xarici hüquqi şəxslərin qeydiyyat prosesi tamamilə yerli hüquqi şəxslərin qeydiyyat proseduruna uyğunlaşdırılıb və bu sahədə mövcud fərqlər aradan qaldırılıb.
“Sahibkarlıq mühitinin inkişafı istiqamətində bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatlar həm sahibkarlıq fəaliyyətinə başlamaq, həm də biznesin sonrakı mərhələlərdə effektiv idarə olunması üçün mühüm addımlar atılmasına şərait yaradıb. Dünya Bankının “Business Ready” hesabatı əsasında, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, mülki və əmək qanunvericiliyində bir sıra dəyişikliklər edilib”, - deyə S. Musayeva vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun geniş tərkibdə iclası keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Messi Argentina millisində son oyununu keçirdi













