Sloveniyada Mehdi Hüseynzadə haqqında sənədli film çəkilib
Sloveniyanın Lyublyana şəhərində "Njihov Mehdi, naš Mihajlo" ("Onların Mehdisi, bizim Mixaylo") sənədli filminin təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli "X" sosial şəbəkə hesabında yazıb.
Diplomat bildirib ki, Sloveniyanın aparıcı televiziya kanallarından biri olan "RTV Sloveniya"nın istehsal etdiyi filmin rejissoru və ssenari müəllifi Zvezdan Martiçdir:
"Sənədli film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə döyüşərək böyük qəhrəmanlıq göstərmiş əfsanəvi partizan Mehdi Hüseynzadə "Mixaylo"nun həyat hekayəsini təqdim edərək o dövrdə igid azərbaycanlılar və slovenlər tərəfindən nümayiş etdirilən şücaət və cəsur mübarizəni əks etdirir".
Lyublyana şəhərinin məşhur kinoteatrlarından biri olan Kinodvor zalında "Njihov Mehdi, naš Mihajlo" ("Onların Mehdisi, bizim Mixaylo") sənədli filminin təqdimatını keçirtdik. Sloveniyanın aparıcı televiziya kanallarından biri olan RTV Sloveniya tərəfindən istehsal olunmuş filmin… pic.twitter.com/36hdIV7gqa
— Rovshan Sadigbayli (@Sadigbayli) June 17, 2026
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













