İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
Far.Az xəbər saytı

İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib


Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib.

"Far.Az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib:

"Bütün bunlar onu göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir. Ölkə genişmiqyaslı enerji təşəbbüslərinin müəllifi və həyata keçiricisi kimi tanınır. Azərbaycan Avrasiya bölgəsində iri enerji infrastruktur layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edib. Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib. Xüsusilə hazırkı dövrdə, enerji təchizatı marşrutlarının təhlükəsizliyinin və dayanıqlılığının böyük əhəmiyyət daşıdığı bir vaxtda bu rol daha da ön plana çıxır. Enerji təhlükəsizliyi bu gün bütün ölkələr üçün ən vacib meyarlardan biridir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər