İƏT Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa dəstəyini müsbət qarşılayıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Ofisi ilə sıx əməkdaşlığı inkişaf etdirir, insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində ortaq prioritetləri bölüşür.
"Far.Az" xəbər verir ki, bu barədə komissiyanın icraçı direktoru Hadi bin Əli Əl-Yami Ombudsmanların Beynəlxalq Bakı Sammitində bildirib.
O, həmçinin Azərbaycanla imzalanmış texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumunu mühüm addım adlandırıb. Onun sözlərinə görə, bu sənəd qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də institusional əməkdaşlığın gücləndirilməsi üçün zəmin yaradır və insan hüquqlarının müdafiəsi sahəsində birgə səylərin səmərəliliyini artırır.
Əl-Yami həmçinin Bakıda keçirilən ombudsmanlar sammitinin mövzusuna toxunaraq, onun texnoloji inqilabın fundamental bəşəri dəyərlərlə kəsişdiyi aktual mərhələni əks etdirdiyini vurğulayıb.
"Hesab edirəm ki, bəşəriyyətin gələcəyi maşınlardan daha çox, onların istifadəsini istiqamətləndirən dəyərlərlə və sürətli dəyişikliklər şəraitində insanların bir-biri ilə necə qarşılıqlı fəaliyyət göstərməsi ilə formalaşır. Buna görə də süni intellekt cəmiyyətin və onun inkişafının əsasını təşkil edən insan münasibətlərinin əvəzləyicisi deyil, kommunikasiyanı və insan həmrəyliyini gücləndirmək üçün bir alət - xalqlar və mədəniyyətlər arasında bir körpü olaraq qalmalıdır", - icraçı direktor əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













