Riqada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub
Far.Az xəbər saytı

Riqada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub


Riqada Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma işləri və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

"Report" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Riqa şəhərində Azərbaycan və Latviya Xarici İşlər Nazirlikləri (XİN) arasında strateji dialoqun növbəti iclasında müzakirə edilib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə də toxunulub.

Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.

Səfər çərçivəsində nazir müavini F. Rzayev həmçinin Latviyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində dəyirmi masa müzakirələrində iştirak edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər