Qazaxıstanın maliyyə naziri Orta Dəhlizin inkişafını EDB üçün yeni imkanlarla əlaqələndirib
Avrasiya İnkişaf Bankı (EDB) Monqolustanın bankın iştirakçıları sırasına qatılmasının mümkünlüyü bağlı əsaslı məsləhətləşmələrə başlayıb.
"Far.Az"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstanın maliyyə naziri, Bank Şurası sədrinin müavini Madi Takiyev EDB-in illik toplantısı və biznes-forumu çərçivəsində keçirilən "Avrasiya 2030+: investisiyalar, artım və yeni imkanlar" adlı plenar sessiyada bildirib.
Onun sözlərinə görə, bank əməkdaşlıq coğrafiyasını genişləndirməyə davam edir: "Bu il Oman Sultanlığının EDB-yə qoşulması gözlənilir. Eyni zamanda, Monqolustanla danışıqlara başlanılıb. Bankın xarici nümayəndəliklər şəbəkəsi genişlənir ki, bu da bütün iştirakçıların maraqlarına uyğun olaraq şəffaf layihələrin həyata keçirilməsi üçün yeni üfüqlər açır".
M.Takiyev, qarşıdan gələn onillikdə EDB-nin regionun əsas inkişaf institutlarından biri kimi öz mövqelərini gücləndirə biləcəyinə əminliyini ifadə edib: "Bankın qarşısında iddialı bir vəzifə durur - Avrasiyanın iqtisadi inkişaf vektorunu müəyyən edən aparıcı platforma olmaq".
Qeyd edək ki, EDB Azərbaycanın da bu banka qoşulmasının mümkünlüyü ilə bağlı məsləhətləşmələr aparır. Bu proses çərçivəsində EDB-nin nümayəndə heyəti 2025-ci ildə Bakıda rəsmi səfərdə olub.
Nəqliyyat gündəliyindən danışan M.Takiyev bildirib ki, Orta Dəhlizin inkişafı və onun "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşdırılması Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutlarının potensialının açılması üçün əlavə imkanlar yaradır: "Bu istiqamətlər üzrə bir sıra iri investisiya layihələri, o cümlədən EDB və digər beynəlxalq maliyyə institutlarının iştirakı ilə həyata keçirilir".
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ağdam Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb













