ABŞ-də meşənin söndürülməsi zamanı üç yanğınsöndürən həlak olub
Far.Az xəbər saytı

ABŞ-də meşənin söndürülməsi zamanı üç yanğınsöndürən həlak olub


ABŞ-nin Yuta və Kolorado ştatlarının sərhədində meşənin söndürülməsi zamanı üç yanğınsöndürən həlak olub, daha ikisi yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Vəhşi Təbiəti Yanğından Mühafizə Xidməti (U.S. Wildland Fire Service) məlumat yayıb.

Məlumata görə, şənbə günü Koloradonun qubernatoru Cared Polis (Jared Schutz Polis) meşə yanğınları ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edərək Milli Qvardiyanı yanğınla mübarizəyə cəlb edib. Onun administrasiyasının açıqlamasına görə, yanğının sahəsi təxminən 28 000 akr (11 min hektar) təşkil edib və onu hələ də lokallaşdırmaq mümkün olmayıb.

Xidmətdən bildirilib ki, yanğın şənbə günü səhər Yuta ştatının şərqindəki Qrand dairəsində başlayıb, sonra Koloradoya keçib və burada Mesa dairəsindəki daha kiçik "Cons" və "Noulz" meşə yanğınları ilə birləşib.

Mesa dairəsinin bir sıra yaşayış məntəqələrində sakinlərin təxliyəsinə başlanılıb.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər