"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib
"Azərbaycan Şahmat Turu" çərçivəsində "Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib.
BAKU.WS-in Azərbaycan Şahmat Federasiyasına (AŞF) istinadən məlumatına görə, turnirdə ölkəmizlə yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunur.
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
AŞF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan turnir reytinqə uyğun olaraq A və B qrupu olmaqla iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.
200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın mükafat fondu 22 650 manatdır. Turnirin baş hakimi Şaiq Quliyevdir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













