Abbas Abbasov: ABŞ-də etnik təmizləmə siyasətinə dair tədbir keçirmək ermənipərəstləri qıcıqlandırdı
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə iyunun 24-də ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Konqres binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans ermənipərəst təşkilatları və tərəfləri qıcıqlandırıb.
"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Baku TV-nin efirində deyib.
Onun sözlərinə görə, tədbir iki ay ərzində davam edən danışıqlar sayəsində baş tutub:
"İyunun 23-də ermənipərəst və erməni təşkilatları müdaxilələr edirdilər. Tərdbirin təxirə salınması üçün müəyyən müraciətlər var idi. Bir simovilik məqama toxunmaq istəyirəm. Bizə ayrılan konfrans zalı Nensi Pelosinin adına idi. Həmin şəxs ermənipərəsət, ABŞ Nümayəndələr Palatasının spikeri olub və Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınırdı. Etnik təmizləmə siyasətinə dair belə bir tədbiri keçirmək ermənipərəst təşkilatları və tərəfləri qıcıqlandırdı".
Abbas Abbasov bildirib ki, konfrans zalında Amerika Erməni Milli Komitəsinin (ANCA) 5 nümayəndəsi iştirak edib:
"Tədbiri izlədilər, qeydlər apardılar. Heç bir təxribat törətmədən zalı tərk etdilər".
BTQ-nin icraçı direktoru vurğulayıb ki, Azərbaycanın bu mövzuda heç bir ərazi iddiası yoxdur, Ermənistanın suverenliyi ilə bağlı heç bir məqama toxunulmur:
"Bu, beynəlxalq norma və hüquqi prinsiplərə əsaslanan insanların qayıdış hüququdur. Ermənilər bunu mürəkkəbləşdirsə də, heç bir çətin proses yoxdur. Sadəcə, vətəndaşların dədə-baba yurdlarına təhlükəsiz qayıdışı təmin edilməlidir".
Oxşar xəbərlər
Sinqh: Hindistan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır - YENİLƏNİB-4
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













