Mariam Kvrivişvili: Anakliya limanı Orta Dəhlizin inkişafında strateji rol oynayacaq
Anakliya limanı Orta Dəhlizin inkişafında strateji rol oynayacaq.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Qazaxıstana rəsmi səfər zamanı Anakliya dərin dəniz limanının Orta Dəhliz üçün strateji əhəmiyyətinin əsas müzakirə mövzularından biri olduğunu bildirib.
Gürcüstan Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Qazaxıstana səfər edən nazir qeyd edib ki, Astana ilə münasibətlərin daha da möhkəmləndirilməsi Tbilisi üçün strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, səfər çərçivəsində keçirilən yüksək səviyyəli ikitərəfli görüşlərdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
M. Kvrivişvili bildirib ki, danışıqlarda Anakliya dərin dəniz limanının yalnız Gürcüstan üçün deyil, bütövlükdə Orta Dəhliz boyunca yerləşən ölkələr üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.
"Anakliya dərin dəniz limanının istifadəyə verilməsi regionumuzun nəqliyyat və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq və yükdaşımaların inkişafına mühüm töhfə verəcək", – nazir qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Paşinyan: Ümumi istifadədə olan çaylardan birgə yararlanmaq qaydalarının Azərbaycanla müzakirəsi vacibdir













