ABŞ Sakit okeanda gəmi əleyhinə yeni "LRASM" raketini sınaqdan keçirib
ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) "B-2 Spirit" strateji bombardmançı təyyarəsi Sakit okean akvatoriyasında keçirilən təlimlər zamanı ən yeni uzunmənzilli gəmi əleyhinə "LRASM" raketi vasitəsilə hədəf gəmini məhv edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ HHQ-nin Qlobal Zərbə Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
"Təyyarə böyük məsafələrdə strateji obyektlərə zərbə endirmək qabiliyyətini təsdiqləyib", - komandanlıq qeyd edib və dəqiqləşdirib ki, hazırda "LRASM" raketi ABŞ Silahlı Qüvvələrinin potensial rəqiblər üzərində həlledici üstünlüyü təmin edən uzaqmənzilli dəniz zərbə əməliyyatlarının yeni ən mühüm elementinə çevrilib.
Fəaliyyət mənzili 800 km olan raketin sınaq buraxılışı Marian adalarından şimalda yerləşən ərazidə həyata keçirilib.
"B-2" strateji bombardmançı təyyarəsindən "LRASM" raketinin buraxılışı iyunun 22-dən iyulun 1-dək Marian adaları, Quam və Yaponiya zonasında keçirilən "Valiant Shield 26" manevrləri çərçivəsində baş tutub.
Oxşar xəbərlər
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













