Britaniya, İsrail və İranın XİN başçıları Yaxın Şərqdəki gərginliklə bağlı danışıblar
Far.Az xəbər saytı

Britaniya, İsrail və İranın XİN başçıları Yaxın Şərqdəki gərginliklə bağlı danışıblar


Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda İsrail və İranın xarici işlər nazirləri İsrael Katz və Abbas Əraqçi ilə danışıqlar apardığını bildirib.

"Report"un məlumatına görə, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu gün İsrailin xarici işlər naziri İsrael Katz və İranın xarici işlər naziri Əraqçi ilə mühüm danışıqlar apardım. Böyük Britaniya Livan və Qəzzada gərginliyin azaldılmasında, münaqişələrin dayandırılmasında israr etməkdə davam edir. Regional müharibə fəlakət olardı, bu, heç kimin maraqlarına uyğun deyil", - paylaşımda qeyd edilir.

Oxşar xəbərlər

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
İsrail: ABŞ-nin HƏMAS liderlərinə qarşı ittihamları “terrora qarşı güclü siqnal”dır
Şarl Mişel və Josep Borrel İranın İsrailə hücumunu pisləyib
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB-4
Yaxın Şərqdə gərginlik Rotterdam limanında yubanmalara səbəb olur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər