Boliviya Prezidenti sabiq dövlət başçısı Moralesə qarşı sui-qəsdin araşdırılmasını tapşırıb
Far.Az xəbər saytı

Boliviya Prezidenti sabiq dövlət başçısı Moralesə qarşı sui-qəsdin araşdırılmasını tapşırıb


Boliviya Prezidenti Luis Arse Katakora sabiq dövlət başçısı Evo Moralesin daha əvvəl iddia etdiyi sui-qəsd cəhdinin olub-olmadığını araşdırmağı tapşırıb.

“Far.Az” xəbər verir ki, o, bu barədə özünün teleqram kanalında yazıb.

"Siyasətdə hər hansı zorakı hərəkətin tətbiqi qınanmalı və aydınlaşdırılmalıdır. Buna görə keçmiş prezident Evo Moralesin həyatına edilən cəhdlə bağlı şikayətinə cavab olaraq, bu həqiqəti aydınlaşdırmaq üçün dərhal və hərtərəfli araşdırma aparmağı tapşırdım", - paylaşımda deyilir.

Xatırladaq ki, Morales daha əvvəl sosial şəbəkələrdə video yayımlayıb. Onun sözlərinə görə, mövcud hakimiyyətin əmri ilə onu həbs etmək cəhdi anı ələ keçirilib.

"Bu, hökumətin göstərişi ilə məni tutmaq cəhdi idi", - o qeyd edib. Morales hadisəni sui-qəsd cəhdi adlandırıb.

Oxşar xəbərlər

Hədə, yoxsa şou? - Trampa ikinci sui-qəsd cəhdinin qaranlıq məqamları - ANALİZ
Boliviyanın sabiq prezidentinə sui-qəsd cəhdi olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Boliviya Prezidenti BRİKS sammitində iştirak edəcək
Yeni Kaledoniyadakı Saint-Luis qəbiləsi Fransaya etiraz olaraq məhkəmə müraciəti yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər