"Euronews" telekanalı tanqonun Bakı ilə Buenos-Ayresi necə birləşdirdiyini göstərib
Far.Az xəbər saytı

"Euronews" telekanalı tanqonun Bakı ilə Buenos-Ayresi necə birləşdirdiyini göstərib


"Euronews" telekanalı Bakıda keçirilmiş ilk "El Calor en Baku" Beynəlxalq Tanqo və Mədəniyyət Festivalına həsr olunmuş süjet hazırlayıb.

"Report" xəbər verir ki, materialda altı gün ərzində qədim İçərişəhərin musiqini, rəqsi, canlı ünsiyyəti və mədəni dialoqu birləşdirən bir məkana çevrildiyi qeyd olunub.

"Bakının dar küçələrində Argentina musiqisinin ritmlərini eşidəcəyinizi çətin ki, gözləyəsiniz. Lakin Azərbaycan paytaxtının tarixi mərkəzi – İçərişəhər tanqo həvəskarları icması sayəsində simasını dəyişdi. Tanqo dünyada ən çox tanınan rəqslərdən biri, sevginin və duyğuların universal dilidir. Amma, yəqin ki, bu, xalçaçılıq ənənələri, orta əsrlər memarlığı, eləcə də milli rəqsləri ilə tanınan Bakı şəhəri barədə düşünərkən ağıla gələn ilk şey deyil. İlk baxışda Bakı və Buenos-Ayresin uyğun bir cütlük olduğu düşünülmür: tanqo XIX əsrin sonlarında Argentina paytaxtının liman ərazilərində yaranıb, Bakı isə Avropa və Asiyanın kəsişməsində, Xəzər dənizinin sahilində yerləşir. Buna baxmayaraq, bu iki mədəniyyət tarixdəki ilk beynəlxalq "El Calor en Baku" tanqo festivalı sayəsində təmas nöqtələri tapıb", - "Euronews"un süjetində bildirilib.

Reportaj çərçivəsində telekanal həmçinin Azərbaycan Rəqs İttifaqının təsisçisi Eldar Cəfərovla da həmsöhbət olub. O vurğulayıb ki, Bakı Avropa və Asiyanın tarixən qovuşduğu məkan olub:

"Biz hesab etdik ki, incəsənət və əlaqələr vasitəsilə insanları bir araya gətirə biləcək dünya səviyyəli mədəni tədbirin keçirilməsi üçün indi ən uyğun zamandır. Altı gün ərzində İçərişəhərin tarixi küçələri Azərbaycan və Argentina arasında canlı mədəni körpüyə çevrilib".

"Euronews" telekanalı tanqonun Bakı ilə Buenos-Ayresi necə birləşdirdiyini göstərib

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər