ADSEA: Cəbrayıl şəhərində tikilən ikinci su anbarında dəmir-beton işləri yekunlaşıb
Cəbrayıl şəhərində tutumu 1 000 kubmetr olan 2-ci su anbarının dəmir-beton işləri yekunlaşıb, izolyasiya işləri davam edir.
“Far.Az” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirlir ki, siyirtmə kamerasında və gözətçi otağında da işlər tamamlanıb. 280 diametrlik boru ilə 1 177 metr şəhərin giriş nöqtəsinə qədər olan magistral xətt də tam hazırdır.
"Birinci anbar test sınağından keçirilərək istismara verilib. Şəhərin çıxışından 600 diametrlik boru ilə 5 300 metr məsafədə kanalizasiya xətti çəkilib", - məlumatda deyilir.
Cəbrayıl şəhərinin şimalında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Cəbrayıl şəhər ərazisində 3 ədəd artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri, 6 saylı subartezian quyusunun idarəetmə otağı istifadəyə verilib. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.
"2023-cü ildə bir ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir", - ADSEA hesab edir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağdamda 4 iritutumlu su anbarı tikilir
Zəngilan şəhərində çirkab su kollektor xəttinin tikintisinin 83 %-i tamamlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
-
Gəncədə tanınmış riyaziyyatçı alim vəfat edib
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib













