Azərbaycanda rəqəmsal transformasiya artıq təkcə texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır - RƏY
Azərbaycanda rəqəmsal transformasiya artıq təkcə texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır, dövlət idarəçiliyinin, iqtisadi inkişafın və vətəndaşlara göstərilən xidmətlərin əsas istiqamətlərindən birinə çevrilir.
Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
O bildirib ki, iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirilən fikirlərdən qarşıdakı üç il üçün müəyyən edilən Fəaliyyət Planının rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrini vahid yanaşma çərçivəsində inkişaf etdirməyi hədəflədiyi aydın olur:
"Birinci vitse-prezident Mehriban Əliyevanın vurğuladığı kimi, süni intellekt artıq gələcəyin deyil, bu günün inkişaf amilidir. Bu yanaşma rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə yanaşı, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlara hazır olmağın vacibliyini də ön plana çıxarır. Məhz buna görə rəqəmsal inkişaf yalnız yeni texnologiyaların tətbiqi deyil, həm də təhlükəsiz, dayanıqlı və milli maraqlara uyğun rəqəmsal mühitin formalaşdırılması kimi qiymətləndirilməlidir".
Deputatın sözlərinə görə, iclasda təqdim olunan məlumatlar rəqəmsallaşmanın əsas istiqamətlərindən biri olan dövlət xidmətlərinin vahid platformada cəmləşdirilməsini göstərdi:
O, diqqətçəkən digər məqamın dövlət məlumatlarının vahid sistemdə toplanması və süni intellekt texnologiyalarından istifadə etməklə fərdiləşdirilmiş xidmətlərin göstərilməsi planı olduğunu xatırladıb:
"Milli Məlumat Hövzəsinin yaradılması gələcəkdə dövlət xidmətlərinin daha dəqiq, çevik və vətəndaşın ehtiyaclarına uyğun təqdim edilməsinə imkan yaradacaq. İclasda innovasiya ekosisteminin inkişafı və hüquqi islahatlar da əsas prioritetlər sırasında göstərildi. Vençur maliyyələşdirilməsi, startapların dəstəklənməsi, "Rəqəmsal səyyah" vizasının tətbiqi, yüksək ixtisaslı mütəxəssislər üçün vergi stimullarının nəzərdə tutulması Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi hədəfinə xidmət edir. Eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafı üçün hazırlanmış geniş qanunvericilik paketi bu sahənin uzunmüddətli hüquqi əsaslarını formalaşdıracaq".
S.Hacıyevin fikrincə, rəqəmsal transformasiyanın uğuru insan kapitalından da birbaşa asılıdır:
"Bu baxımdan, təhsil sistemində rəqəmsallaşmanın genişləndirilməsi, "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələrinin inkişaf etdirilməsi gələcək üçün rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, kibertəhlükəsizlik sahəsində yeni idarəetmə modelinin qurulması, Milli Kibertəhlükəsizlik Agentliyi və aidiyyəti mərkəzlərin yaradılması, kritik informasiya infrastrukturunun qorunmasına yönəlmiş tədbirlər rəqəmsal inkişafın etibarlı əsaslar üzərində qurulmasını təmin edəcək".
O əlavə edib ki, şuranın ilk iclası qarşıya qoyulan məqsədlərin kifayət qədər ambisiyalı olduğunu göstərdi. Lakin bu hədəflərə nail olmaq üçün dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, qanunvericilik islahatlarının vaxtında başa çatdırılması, innovasiyaların təşviqi və rəqəmsal bacarıqların inkişafı əsas şərtlər olaraq qalır. Bu istiqamətdə ardıcıl fəaliyyət Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməsinə mühüm töhfə verə bilər.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Yeni prioritetlər: dövlət xidmətləri bir mərkəzdə cəmlənir - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













