Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan sosial şəbəkələrdə təhdidlər aldığına görə İstintaq Komitəsinə ifadə vermək üçün çağırılıb.
“Far.Az” xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti yazır.
Məlumata görə, parlamentin vitse-spikeri hədə məktubunu Ruben Kasyan adlı istifadəçidən alıb.
Bildirilib ki, o, vitse-spikeri "Vətəndaş müqaviləsi" partiyasının ofisini partlatmaqla hədələyib. Rubinyan onun sözlərini ciddi qəbul etməyib, lakin sonradan partiyanın ofisinin yaxınlığında bomba qoyulması barədə siqnaldan və partiya üzvü Romanos Petrosyanın aldığı hədə məktubundan xəbər tutduqdan sonra təşvişə düşüb.
"Mən Romanos Petrosyandan aldığım mesajla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı xahiş etdim. Ruben Kasyanla bu mesajdan başqa heç bir əlaqəm olmayıb və onu tanımıram", - parlamentin vitse-spikeri bildirib.
Vitse-spiker, həmçinin dəfələrlə hədə və təhqir mesajları aldığını, lakin bunu siyasi fəaliyyətin nəticəsi hesab etdiyi üçün ciddi yanaşmadığını bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Almaniyada minlərlə insan müharibədən qalma bomba səbəbindən evlərini tərk edib
Ermənistanda hakim partiyanın deputatları güc strukturlarına qarşı – ŞƏRH
ABŞ-da azərbaycanlılara qarşı bomba hazırlamaqda ittiham olunan erməni saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













