Serbiyalı professor: Fransa Yeni Kaledoniyada etirazçılara həddindən artıq güc tətbiq edib
BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü serbiyalı professor Tijana Šurlan-ın Fransadakı insan hüquqlarının vəziyyəti ilə əlaqədar tənqid edib.
“Report”un məlumatına görə, BMT-nin İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində çıxış edən professor Fransa nümayəndələrinə 2024-cü ilin mayında Yeni Kaledoniyada başlayan iğtişaşlar zamanı etirazçılara həddindən artıq güc tətbiqi nəticəsində alınan xəsarətlərlə bağlı sual edib:
“İntizam və cinayət işləri üzrə yekunlaşdırılmış prosedurlar, məhkəmə qərarları, ittihamlar və səlahiyyətlərindən sui-istifadə edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına tətbiq olunan cəzalar barədə vaxtında və dəqiq məlumat vermək, sistemə inamı bərpa etmək üçün vacib olardı”.
O qeyd edib ki, yeni apellyasiya hüququnun tam şəkildə tətbiqinə maneələr mövcuddur və bu da onun müsbət nəticələr verməsinə əngəl törədir.
“Cəzaçəkmə müəssisələrinin həm Fransada, həm də dənizaşırı ərazilərdə həddindən artıq dolu olması və qeyri-insani saxlanma şəraiti ilə bağlı narahatlıqlar hələ də var. 2021-ci ildə saxlanma şəraitinin qeyri-insani olduğunu vurğulanmışdı. Buna görə də dövlətin məhbuslarla bağlı məlumatlarını necə çatdırdığını öyrənmək istərdik”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
BTQ-nin icraçı direktoru Yeni Kaledoniyada Fransanın konstitusional dəyişiklik etmək istəyini pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













