D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı keçirilib
IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı keçirilib.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər ki, təqdimatda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, D-8 Təşkilatının Baş katibi Sohail Mahmud, media rəhbərləri iştirak edib.
Qeyd edilib ki, Mərkəzin əsas məqsədinin D-8 ölkələri arasında media sahəsində əməkdaşlığın gücləndirilməsi, peşəkar potensialın artırılması, tədqiqat və innovasiyaların təşviqi, eləcə də bu sahədə vahid yanaşmaların formalaşdırılması olduğu vurğulanıb.
Təqdimat zamanı D-8 Media Mükəmməllik Mərkəzinin institusional quruculuq, beynəlxalq mövqeləndirmə, əməkdaşlıq mexanizmlərinin yaradılması, təcrübə mübadiləsi, media tədqiqatları və dezinformasiyaya qarşı mübarizə istiqamətində nəzərdə tutulan fəaliyyətləri diqqətə çatdırılıb.
Həmçinin vurğulanıb ki, Mərkəzin fəaliyyətinin növbəti mərhələlərində üzv dövlətlərin media qurumlarını birləşdirən əməkdaşlıq şəbəkəsinin yaradılması, birgə layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlarla tərəfdaşlıqların genişləndirilməsi və media sahəsində qabaqcıl təcrübələrin paylaşılması nəzərdə tutulur.
Təqdimat zamanı məlumat verilib ki, Mərkəzin işi çərçivəsində illik məşvərət şuraları keçiriləcək, fəaliyyət planı müzakirə ediləcək, eyni zamanda qarşıya qoyulan hədəflər müəyyənləşəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb













