Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib
Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Azər Məmmədrəhimov əmr imzalayıb.
Əmrə əsasən, Hüseyn Cəfər oğlu Əsgərli "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin direktoru vəzifəsinə təyin olunub.
Təyinatdan əvvəl həmin müəssisədə direktor müavini vəzifəsində çalışan H.Əsgərli burada rəqəmsal transformasiya prosesinə, poçt və telekommunikasiya xidmətlərinin rəqəmsallaşdırılmasına, eləcə də süni intellekt və kibertəhlükəsizlik həllərinin tətbiqi istiqamətində innovativ layihələrin hazırlanmasına və icrasına rəhbərlik edib.
H.Əsgərli əmək fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində başlayıb və burada bir sıra rəhbər vəzifələrdə çalışıb. O, sonrakı illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində sektor müdiri, Naxçıvan Dövlət Universitetində isə İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ağdam Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb













