Böyük Britaniya "Stone Cloak" REM sisteminin hüquqlarını Ukraynaya verəcək
Far.Az xəbər saytı

Böyük Britaniya "Stone Cloak" REM sisteminin hüquqlarını Ukraynaya verəcək


Böyük Britaniya yeni Britaniya "Stone Cloak" radioelektron mübarizə (REM) sisteminin əsasını təşkil edən əqli mülkiyyət hüquqlarını Ukraynaya verəcək.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnhemin ofisinin bəyanatında bildirilir.

Qərarın iyulun 27-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Britaniyanın hərbi-dəniz bazasına səfəri zamanı elan edilməsi planlaşdırılır.

Hüquqların verilməsi "Stone Cloak" cihazlarının sənaye istehsalını qurmağa imkan verəcək. Planşet kompüter ölçüsündə olan radioelektron boğucu vasitələr, quraşdırıldıqları pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanmasını çətinləşdirmək üçün nəzərdə tutulub.

Böyük Britaniyanın Müdafiə Nazirliyi artıq minlərlə belə cihazı Ukrayna hərbçilərinə təhvil verib.

Oxşar xəbərlər

HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər