Avstraliya Ukraynaya JDAM-ER komplekslərini verib
Far.Az xəbər saytı

Avstraliya Ukraynaya JDAM-ER komplekslərini verib


Avstraliya Ukraynaya istismardan çıxarılaraq modifikasiya edilmiş JDAM-ER (Joint Direct Attack Munition Extended Range) dəqiq bombalama komplektlərini verib.

“Report” xəbər verir ki, bu barədə “Australian Defence Magazine” nəşri məlumat yayıb.

Həmçinin qeyd olunur ki, bu silahın nə vaxt və hansı miqdarda təqdim edildiyi məlum deyil.

Daha əvvəl Avstraliyanın Baş nazirinin müavini Riçard Marlz bildirib ki, Kanberra yeni hərbi yardım paketi ilə Kiyevə təxminən 164 milyon dollar dəyərində dəstək göndərir. Bu paket çərçivəsində Ukrayna Avstraliya Müdafiə Nazirliyi tərəfindən istismardan çıxarılan 49 ədəd “M1A1 Abrams” tankını alacaq.

Rəsmi şəxslər qeyd edib ki, verilən döyüş maşınlarının bəziləri nasazdır və ehtimal ki, digər tanklar üçün ehtiyat hissələri kimi istifadə olunacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər