Britaniya işləməyən və təhsil almayan gənclər səbəbindən ildə 125 milyard funt sterlinq itirir
İşləməyən, təhsil almayan və peşə hazırlığı keçməyən gənclər Böyük Britaniyaya ildə təxminən 125 milyard funt sterlinqə başa gəlir.
"Far.Az"un məlumatına görə, bu barədə The Guardian qəzeti xəbər verib.
Qeyd olunub ki, hazırda ölkədə "nə işləyən, nə oxuyan" kateqoriyasına aid təxminən 1 milyon gənc var. Onların bir çoxu 2008-ci il maliyyə böhranı və koronavirus pandemiyası fonunda böyüyüb və hazırda yaşayış xərclərinin artması, dövlət xidmətlərinin azalması və süni intellektin inkişafı ilə əlaqədar əmək bazarındakı dəyişikliklərlə üzləşir.
Bununla yanaşı, Böyük Britaniyanın gənclər xidmətlərinə xərcləri 1,3 milyard funt sterlinq və ya 76 faiz azalıb. Ölkədə minlərlə gənclər klubu bağlanıb, bir çox sosial işçi vəzifələrini tərk edib.
The Guardian qeyd edir ki, hakimiyyət problemlərin qarşısının alınmasına deyil, onların nəticələrinin aradan qaldırılmasına vəsait xərcləməyə üstünlük verir. Belə ki, gənclərin işlə təmin olunmasına yönəldilən hər bir funt sterlinqə müavinətlər üçün 25 funt sterlinq xərc düşür.
Nəşrin fikrincə, hakimiyyət gəncləri yenidən işə və təhsilə qaytara bilməsə, dövlət xərcləri artmaqda davam edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













