Belarusun Ermənistandakı səfirliyi önündə aksiya keçirilib, səfirdən ölkəni tərk etmək tələb olunub - VİDEO
Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiyaya səbəb Belarus lideri Aleksandr Lukaşenkonun ermənilərə ünvanladığı bəyanatlar olub.
Aksiyada iştirak edən siyasi fəal Armen Babacanyan Belarus səfirini yerləşdiyi binadan ilk olaraq Lukaşenkonun dostu kimi tanınan Qaqik Tsarukyanın çıxaracağına ümid etdiyini bildirib.
Babacanyan “Respublika Naminə”, “Respublika”, Avropa Partiyası, “Avropa Hüququ”, Azad Vətəndaş” QHT-ləri və “Asparez” klubunun məsələ ilə bağlı birgə bəyanatını təqdim edib.
Bəyanatda Belarusla diplomatik münasibətləri kəsmək, Belarus səfirini arzuolunmaz şəxs elan etmək və ona ölkəni tərk etmək üçün 3 gün vaxt vermək tələbi var.
Aksiyanın sonunda iştirakçılar səfirliyin binasına pomidor, yumurta və kartof atıblar.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
İran mediası: ABŞ HHM sistemlərini İordaniyaya köçürüb
-
NYT: Tehran müharibədən əvvəlki raket arsenalının 70 %-ə qədərini bərpa edə bilər













