Almaniyanın Troyxtlingen şəhərində dəmir yolunda partlayıcı qurğu aşkarlanıb
Almaniyanın Troyxtlingen şəhərində (Bavariya əyaləti -red.) vağzalın dəmir yolu xəttində partlayıcı qurğu aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
"Hazırda federal polisin xüsusi təyinatlı qüvvələri potensial partlayış təhlükəsi olan obyekti təhlil edir. Yol hərəkətinə qoyulan irimiqyaslı məhdudiyyətlər hələlik qüvvədə qalır. Hazırda avtomobil və dəmir yolu hərəkəti məhdudiyyətlərinin nə qədər davam edəcəyini əvvəlcədən deyə bilmərik. Alte Burqştrasse/Vettenshaymerştrasse ərazisindən uzaq durmağınızı xahiş edirik", - polisin məlumatında bildirilib.
Troyxtlingen ərazisində qatarların hərəkəti tam dayandırılıb.
Şəhər Vaysenburq-Quntsenhauzen rayonunda yerləşir, orada təqribən 13 min sakin yaşayır.
Daha əvvəl Almaniyada Yulix Tədqiqat Mərkəzinin ərazisində bomba aşkarlandığı və müəssisənin müvəqqəti bağlandığı barədə məlumat verilmişdi.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
İlham Əliyev: Onminlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb













