Ceki Çanın Bakıdakı filminin çəkilişləri davam edir - Maraqlı görüntülər
Əfsanəvi aktyor Ceki Çan Bakıda "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macəra filminin çəkilişlərini davam etdirir.
Far.Az xəbər verir ki, filmin əsas çəkiliş meydançası Qazaxıstandır. Manqistau və Almatı vilayətlərində, eləcə də Almatıda çəkilişlər baş tutub. Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlər üçün ikinci ölkə olaraq Azərbaycan seçilib. Filmin istehsalı ilə Qazaxıstanın "Salem Entertainment" kinokompaniyası məşğul olur. Layihənin prodüseri şirkətin qurucusu Rustem Omarov, rejissoru isə namizədliyini şəxsən Ceki Çanın təsdiqlədiyi qazaxıstanlı quruluşçu və kaskadyor Robert Kundur.
Bakıdakı çəkilişlər üçün şəhərin ən çox tanınan görməli yerlərindən bəziləri seçilib. Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı görünəcək.
Filmin premyerası 2027-ci ilə planlaşdırılıb.
Oxşar xəbərlər
Ceki Çan "Tanrının Zirehi 4" filminin çəkilişləri üçün Bakıya gəlib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Ceki Çan "Tanrının zirehi 4" filminin çəkilişləri üçün Bakıdadır
Ceki Çan Bakıda filmin çəkilişləri davam edir - Maraqlı görüntülər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













