ABŞ ölkələri süni intellekt sahəsində Çinlə əməkdaşlığın fəsadları barədə xəbərdar edəcək
ABŞ administrasiyası Vaşinqtonun təşəbbüsü ilə yaradılan "Pax Silica" texnologiya alyansının üzvü olan ölkələri Çin süni intellekt proqramlarında iştirak edəcəkləri təqdirdə alyansdan çıxarıla biləcəkləri barədə xəbərdar etmək niyyətindədir.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, ABŞ onlarla ölkəni Çinlə texnoloji rəqabətdə seçim etməli olduqları barədə məlumatlandırmağa hazırlaşır.
Agentliyin məlumatına görə, Dövlət Departamenti "Pax Silica" iştirakçıları və ABŞ ilə süni intellekt sahəsində əməkdaşlıq etməkdə maraqlı olan ölkələr də daxil olmaqla 35 ölkəyə müvafiq məktub göndərmək niyyətindədir.
Sənəddə qeyd olunur ki, "Pax Silica"da iştirak müəyyən öhdəliklər daşıyır və məqsədlərlə ziddiyyət təşkil edən təkrarlanan təşəbbüslərdə iştirakla birləşdirilə bilməz.
"Reuters" qeyd edib ki, "Pax Silica" və oxşar Çin təşəbbüsündə eyni vaxtda iştirak edən yeganə ölkə Qazaxıstandır.
Qeyd olunur ki, məktub digər ölkələrə bu sahədə ABŞ və Çinlə eyni vaxtda əməkdaşlıq edə bilməyəcəklərini aydın şəkildə bildirmək məqsədi daşıyır.
"Pax Silica" yarımkeçiricilər, vacib minerallar, enerji və süni intellekt texnologiyaları üçün innovativ istehsal və təchizat zəncirləri yaratmağı hədəfləyir. Alyansa artıq Avstraliya, Böyük Britaniya, Almaniya, İsrail, Hindistan, İtaliya, BƏƏ, Koreya Respublikası, Yaponiya və digər ölkələr daxildir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













