Cənubi Koreya Prezidenti KXDR ilə dinc yanaşı yaşamağa çağırıb
Far.Az xəbər saytı

Cənubi Koreya Prezidenti KXDR ilə dinc yanaşı yaşamağa çağırıb


Koreya Respublikasının Prezidenti Li Çje Myon Şimali Koreya ilə dinc yaşamağa çağırıb.

"Far.Az"un məlumatına görə, Cənubi Koreya lideri bu barədə Koreya yarımadasının Yaponiya hakimiyyətindən azad edilməsinin 81-ci ildönümü mərasimində deyib.

Li Çje Myon xatırladıb ki, 2025-ci ildə Şimali Koreyadakı mövcud sistemə hörmət etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Seulun Pxenyana qarşı düşmənçilik planı yoxdur.

"Biz inklüzivlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq dinc yanaşı yaşamağa çalışmalıyıq", - Cənubi Koreya Prezidenti deyib.

O, həmçinin Şimali və Cənubi Koreyanı danışıqlar masasına oturmağa çağırıb. Prezidentin sözlərinə görə, dialoqu "güzəşt deyil, dinc yanaşı yaşamağın başlanğıcı" kimi təsvir edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər