Motsartın yaşadığı evin bağından 210 heykəlcik oğurlanıb
Avstriyanın Zalsburq şəhərində məşhur bəstəkar Volfqanq Amadey Motsartın yaşadığı evin bağından 210 heykəlcik oğurlanıb.
"Report"un Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, alman konseptual rəssamı Ottmar Hörl tərəfindən Motsartın yubileyi münasibətilə hazırlanmış installyasiyada ümumilikdə 320 polimer heykəlcik yer alıb. Heykəlciklər Avstriya bəstəkarını və onun sevimli itini təsvir edir.
Qeyd olunur ki, installyasiyanın təqdimatı iyul ayında keçirilib. Lakin bundan cəmi iki həftə sonra 80 heykəlcik oğurlanıb. Hazırda oğurlanan heykəlciklərin sayı 210-a çatıb.
Ottmar Hörl heykəlciklərin ziyarətçilər tərəfindən götürüldüyünə şübhə edir və bunun əvvəlcədən planlaşdırılmış oğurluq olduğunu düşünür.
Motsartın 270 illik yubileyinə həsr olunmuş sərgi başa çatdıqdan sonra heykəlciklərin hər birinin 100 avroya satılması planlaşdırılırdı.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ov tüfəngi, musiqi qutusu və heykəlciklər - Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













