İndoneziya sahillərində yenidən güclü zəlzələ baş verib
Far.Az xəbər saytı

İndoneziya sahillərində yenidən güclü zəlzələ baş verib


İndoneziya sahillərində 6,0 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report"un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Şəhərdə təxminən 282 min nəfər yaşayır. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, bu, sutka ərzində adada qeydə alınan artıq üçüncü zəlzələdir. Daha əvvəl İndoneziya sahillərində 7,7 və 6,8 maqnitudalı iki zəlzələ nəticəsində 47 nəfərin öldüyü bildirilmişdi.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Sumatranın şimalında 6,8 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-5
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər